Rekordlar “canavar”ı - VİDEO
Bizi izləyin

İdman

Rekordlar “canavar”ı - VİDEO

"Barselona"nın ulduzu Messi İspaniya Primerosunun 23-cü turunda yenə diqqətləri öz üzərinə çəkib.

Publika.az xəbər verir ki, 27 yaşlı futbolçu “Levante” ilə qarşılaşmanın 17-ci dəqiqəsində hesabı açan Neymara qol ötürməsi edib. Bununla da o məhsuldar ötürmələrinin sayını 106-ya çatdırıb.

Messi 300-cü oyununda het-trikə də imza atıb. Messi məhsuldar ötürmələrin sayına görə Fiqunu (105 ötürmə) geridə qoyub və son 25 ildə La Liqanın ən yaxşı assistenti adına layiq görülüb.

Bundan əlavə, Messi 23-cü het-trikini edərək portuqaliyalı futbolçu Ronaldoya çatıb. Bu, argentinalı futbolçunun "Barselona"nın heyətində 31-ci het-triki olub. Leonun vurduğu qolların sayı 268-ə çatıb və Avropanın "Böyük beşlik" liqalarında oynamış bombardirlərin siyahısında adını 10-cu pilləyə yazdırıb.

Messi cari mövsümdəki bombardirlər siyahısında da Ronaldoya yaxınlaşıb. Argentinalı 23 turdan sonra 26 qol vurub. Portuqaliyalının hesabında 28 qol var.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm