BAKI 2015: 128 taekvondoçudan neçəsi Azərbaycanı təmsil edəcək?
Bizi izləyin

İdman

BAKI 2015: 128 taekvondoçudan neçəsi Azərbaycanı təmsil edəcək?

İlk Avropa Oyunlarının proqramına salınan taekvondo üzrə yarışlarda mübarizə aparacaq idmançıların sayı bəlli olub.

Publika.az xəbər verir ki, iyunun 16-dan 19-dək davam edəcək yarışda bütövlükdə 128 kişi və qadın idmançı qalib olmaq üçün mübarizə aparacaq.

Taekvondo yarışları "Bakı Kristal Hall”da təşkil olunacaq. Burada kişilər 58, 68, 80 kq və +80 kq, qadınlar isə 49, 57, 67 kq və +67 kq çəki dərəcələrində mübarizə aparacaqlar. Döyüş hərəsi iki dəqiqə davam edən üç raunddan ibarət olacaq. Əgər yarış üç raunddan sonra heç-heçə başa çatarsa, əlavə olaraq, dördüncü raund təşkil olunacaq və ilk xalı qazanan idmançı qızıl medalın sahibi olacaq.

Xatırladaq ki, hər çəki kateqoriyası üzrə Dünya Taekvondo Federasiyasının Olimpiya reytinq siyahısında ilk 14 yeri tutan idmançılar turnirdə iştirak etmək hüququ qazanırlar. Həmçinin yarışlara ev sahibliyi edən ölkəyə bir yer verilir.

Bundan başqa, təsnifat yarışlarında uğur qazana bilməyən ölkələrdən birinə də universallıq prinsiplərinə əsasən, Oyunlarda iştirak etmək üçün bir yer ayrılır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm