İdman
“Qara bazar” acından öləcək...
Azərbaycanda kütləvi idman yarışları zamanı biletləri əvvəlcədən ucuz alıb, yarış öncəsi baha qiymətə satan insanlara qarşı maliyyə cəzası tətbiq edilə bilər.
Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Rauf Əliyev bildirib ki, bununla bağlı məsələ “Bədən tərbiyəsi və idman haqqında” qanuna təklif olunan dəyişikliklərdə nəzərdə tutulub.
R.Əliyev qeyd edib ki, biletlərin satışı ilə bağlı bütün məsələlərin qanun çərçivəsində tənzimlənməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu qaydalar Azərbaycanda keçiriləcək beynəlxalq yarışlara da tətbiq ediləcək.
Bu istiqamətdə görüləcək tədbirlərdən biri kimi, R.Əliyev elektron bilet satışının tətbiq edilməsini misal gətirib: “Hazırda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasi elektron bilet satışını tətbiq edir. Tamaşaçı heç bir yerə getmədən elektron bilet alır. Yəni artıq bu analoq Azərbaycanda var. Bu həm insanlar üçün rahat olur, həm də burada neqativ hallar baş vermir”.
R.Əliyev deyib ki, hazırda qanuna təklif edilən dəyişikliklər müzakirə edilir.
Trend
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO