Azərbaycan Dünya Kubokunun sahibi oldu - VİDEO, FOTO
Bizi izləyin

İdman

Azərbaycan Dünya Kubokunun sahibi oldu - VİDEO, FOTO

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçirilib. Yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri iştirak edib.


Azərbaycan Güləş Federasiyasından Publika.az-a verilən məlumata görə, püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, İsveç və Almaniya komandaları ilə A qrupunda mübarizə aparıb. B qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları qüvvələrini sınayıb.

İlk olaraq yerli İran idmançıları ilə qarşılaşan güləşçilərimiz gərgin keçən görüşü 6:2 hesablı qələbə ilə başa vurub. Ardınca Almaniya və İsveç komandalarını 7:1 məğlub edən yığmamız qrup görüşlərini lider tamamlayıb. Bu nəticə ilə yunan-Roma güləşi yığmamız Azərbaycan güləş tarixində yeni bir tarix yazıb. Azərbaycan idman tarixində ilk dəfə olaraq yunan-Roma komandamız Dünya Kubokunun finalına vəsiqə qazanıb.

Finalda güləşçilərimiz digər qrupun birincisi olmuş Rusiya yığması ilə qarşılaşıb. Gərgin keçən görüş 4:4 hesablı bərabərliklə tamamlanıb. Ancaq xalların keyfiyyətinə görə 18:17 hesabı ilə komandamız rəqiblərindən üstün olub. Bu nəticə ilə Azərbaycan yunan-Roma güləşçiləri tarixində ilk dəfə Dünya Kubokunun sahibi olub.

A qrupu FİNAL

AZƏRBAYCAN-İran 6:2

59 kq - Rövşən Bayramov - Mohsin Hacıpur 3:4
66 kq - Həsən Əliyev - Afşin Biabanqard 5:0
71 kq - Rəsul Çunayev - Ramin Taheri 4*:4
75 kq - Elvin Mürsəliyev - Yusif Əkbəri 2:0
80 kq - Rafiq Hüseynov - Həbibulla Əxlaqi 5:4
85 kq - İslam Abbasov - Mojtaba Kərim Fard 10:4
98 kq - Orxan Nuriyev - Mehdi Əliyari 0:1
130 kq - Sabah Şəriəti - Behnam Mahdi Zade 8:0

AZƏRBAYCAN-Rusiya 4*:4 (18:17)
59 kq - Elman Muxtarov - Z.Kabaloyev 2:3
66 kq - Həsən Əliyev - A.Surkov 5:1
71 kq - Rəsul Çunayev - Çingiz Labazanov 2:0
75 kq - Elvin Mürsəliyev - Roman Vlasov 0:8
80 kq - Rafiq Hüseynov - E.Saleyev 2:1
85 kq - İslam Abbasov - Davit Çakvetadze 5:0 (təmiz qələbə)
98 kq - Orxan Nuriyev - Nikita Melnikov 0:5
130 kq - Sabah Şəriəti - S.Semyonov 1:2

AZƏRBAYCAN - Almaniya 7:1
59 kq - Elman Muxtarov - Deniz Menekse 9:3
66 kq - Həsən Əliyev - Mattias Maasch 1:0
71 kq - Rüstəm Əliyev - Maksmilian Şvabe 8:0
75 kq - Elvin Mürsəliyev - Jan Rotter 5:1
80 kq - Rafiq Hüseynov - Paskal Eysele 3:0
85 kq - Şəhriyar Məmmədov - Jan Fischer 2:0
98 kq - Orxan Nuriyev - Feliks Radinqer 2:3
130 kq - Sabah Şəriəti - Eduard Popp 1:0

AZƏRBAYCAN-İsveç 7:1
59 kq - Elman Muxtarov - Joakim Fagerlund 5:0
66 kq - Kamran Məmmədov - Frunze Harutunyan 6:2
71 kq - Rəsul Çunayev - Şarur Vardanyan 4:0 (tuşe)
75 kq - Elvin Mürsəliyev - Robert Rosengren 8:0
80 kq - Rafiq Hüseynov - Lenni Persson 8:0
85 kq - İslam Abbasov - Jim Pettersson 2:0
98 kq - Orxan Nuriyev - Teodoros Tounusidis 2:1
130 kq - Sabah Şəriəti - Johan Euren 0:2
Yekun nəticə:
1. AZƏRBAYCAN
2. Rusiya
3. İran
4. Türkiyə
5. Macarıstan
6. isveç
7. Almaniya
8. Ermənistan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm