Türkiyə klubunda pul davası
Bizi izləyin

İdman

Türkiyə klubunda pul davası

Türkiyə Superliqasının 21-ci turunda keçiriləcək “Mersin” - “Karabükspor” matçından öncə Mersin klubunun düşərgəsində gərginlik yaşanır.

Publika.az xəbər verir ki, “Mersin”li futbolçular məşqlərə və sözügedən oyuna çıxmaqdan imtina edirlər. Bu barədə Türkiyə mətbuatına komandanın kapitanı Sərvət Çətin məlumat verib. O, səbəb kimi maaşların və mükafatların vaxtında verilməməsini göstərib:

“Bugünkü məşqə çıxmadıq. Cümə axşamından etibarən hər gün klubun prezidenti Əli Qəhrəmanlıyla görüşürəm. O, pulların ödəniləcəyini söyləyir. Amma konkret vaxt bildirmir. Artıq fevral başa çatır. Biz hələ yanvarın maaşını almamışıq. Hələ dörd oyunun mükafatı da qalıb. Belə davam edərsə, sabahkı oyuna çıxmayacağıq”.

“Mersin” - “Karabükspor” qarşılaşması fevralın 22-də, saat 15:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm