İdman
Cüdo üzrə Avropa Çempionatı Bakı-2015 çərçivəsində keçiriləcək
Cüdo üzrə Avropa Çempionatı Bakı-2015 birinci Avropa
Oyunları çərçivəsində keçiriləcək.
Publika.az-ın məlumatına görə, bununla bağlı Avropa Olimpiya
Komitəsi (AOK), Avropa Cüdo İttifaqı (ACİ) və Bakı-2015 Avropa
Oyunları Əməliyyat Komitəsi birgə məlumat yayıb.
Məlumatda bildirilir ki, Cüdo üzrə Avropa Çempionatı bu il iyunun
12-28-də Bakıda keçiriləcək birinci Avropa çərçivəsində baş
tutacaq. Çempionat iyunun 25-28-də Heydər Əliyev adına İdman
Arenasında keçiriləcək.
Bu qərar qitənin ən yaxşı cüdoçularının tarixdə ilk Avropa
Oyunlarının çempionu olmaq hüququ uğrunda mübarizə aparmasına imkan
yaradır. Bununla da Bakı-2015-də 2016-cı ildə Rio-de-Janeyroda
keçiriləcək Olimpiya Oyunlarına kvalifikasiya imkanları verən idman
növlərinin sayı 12-yə çatıb.
İlk əvvəl Cüdo üzrə Avropa Çempionatının aprelin 9-12-də Qlazqo şəhərində keçirilməsi nəzərdə tutulurdu. Lakin Britaniyanın Cüdo Assosiasiyası ilə yaranan problemlər aradan qaldırılmadığı üçün Avropa Cüdo İttifaqının İcraiyyə Komitəsi çempionatı keçirə biləcək yeni şəhərin təyin edilməsi qərarını verib.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu qərarın
Avropa Oyunlarına hazırlıq işlərinin son mərhələsinə yaxınlaşdığını
göstərən gözəl xəbər olduğunu deyib. “AOK Avropa çempionatlarının
Avropa Oyunlarının bir hissəsi olmasına çalışıb və bu qərar
göstərir ki, biz məqsədimizə gözlədiyimizdən də tez çatırıq”, -
deyə o bildirib.
Avropa Cüdo İttifaqının prezidenti Sergey Soloveyçik Cüdo üzrə
Avropa Çempionatının Bakıda keçiriləcəyinə şad olduğunu deyib:
“Çempionatın Qlazqoda keçirilməsi ləğv edildikdən sonra mümkün
qədər tez bir vaxtda yeni ev sahibi tapmaq qarşımızda duran
prioritet məsələ idi. Biz bunu etdik və mən seçimdən çox
razıyam”.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, bu
qərar 16 olimpiya idman növündən 12-sinin təmsil olunduğu Avropa
Oyunlarını daha da gücləndirir və 2016-cı il Rio-de-Janeyro
Olimpiya Oyunlarına birbaşa və ya dolayısı ilə kvalifikasiya
imkanları verir.
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...