Suares “Şəhərlilər”ə divan tutdu, “Arılar” “Qoca sinyora”nı sanca bilmədi - VİDEO
Bizi izləyin

İdman

Suares “Şəhərlilər”ə divan tutdu, “Arılar” “Qoca sinyora”nı sanca bilmədi - VİDEO

Dünən Çempionlar Liqasının 1/8 final mərhələsinin daha iki görüşü baş tutub.

Publika.az xəbər verir ki, “Mançester Siti” “Barselona”nı, “Yuventus” Dortmund “Borussiya”sını qəbul edib. Hər iki oyunda eyni hesab qeydə alınıb – 2:1. Birində meydan sahibləri, digərində qonaqlar sevinib.

“Mançester Siti” bu dəfə də “Barselona”nı məğlub edə bilməyib. Suaresin “Barsa”nın heyətində ilk dubluna Aquero bir qolla cavab verib. Son dəqiqələrdə isə Messi penaltini qaçırıb. Bu artıq argentinalının son 10 penaltidə qaçırdığı 5-ci zərbədir.

“Yuventus” gözlədiyi kimi almanların ciddi müqavimətiylə üzləşdi. İlk hissədə 5 dəqiqəyə hərəyə bir qol vuran komandaların fasiləyə 1:1 hesabıyla yollanacağı düşünülürdü. Amma ani diqqətsizlik “Qoca sinyora”nın ikinci qoluyla nəticələndi. İkinci hissədə qapılara qol vurulmadı.

Mançester Siti (İngiltərə) – Barselona (İspaniya) 1:2

Aquero, 69 - Suares, 16; 30.

Mançester S: Hart, Sabaleta, Kompani, Demiçelis, Klişi, Nasri (Fernandinyo, 62), Fernando, Milner, Silva (Sanya, 78), Dzeko (Boni, 68), Aquero.

Barselona: Ter Şteqen, Dani Alves (Adriano, 75), Pike, Maskerano, Alba, Rakitiç (Matye, 71), Buskets, İnyesta, Messi, Suares, Neymar (Pedro, 80).

Qırmızı vərəqə: Klişi, 74.

Yuventus (İtaliya) – Borussiya D (Almaniya) 2:1

Teves, 13. Morata, 42 - Roys, 18.

Yuventus: Buffon, Lixtştayner, Bonuççi, Kyellini, Evra, Markizio, Pirlo (Pereyra, 37), Poqba, Vidal (Padoin, 86), Teves (Koman, 89), Morata.

Borussiya D: Vaydenfeller, Pişek (Qinter, 32), Papastatopulos (Kirx, 46), Hummels, Şmeltser, Gündoğan, Şahin, Obameyanq, Mxitaryan, Roys, İmmobile (Blaşikovski, 76).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm