Axır ki, həqiqəti deyən tapıldı: “Heç bir futbolçunun milli formanı geyinməyə haqqı çatmır”
Bizi izləyin

İdman

Axır ki, həqiqəti deyən tapıldı: “Heç bir futbolçunun milli formanı geyinməyə haqqı çatmır”

İrlandiyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir yoxlama oyunun keçirib.

Publika.az xəbər verir ki, ardıcıl 2 heç-heçədən sonra yığmamız ağır zərbə alıb. İrlandiyanın müvafiq yaş qrupuna aid yığma komandası ilə qarşılaşan yeniyetmələrimiz 0:6 hesablı məğlubiyyətə düçar olublar.

Bundan öncə finlandiyalı həmyaşıdları ilə iki dəfə qarşılaşan Nikolay Adamın komandası hər iki oyunda da meydandan bərabərliklə (2:2, 1:1) ayrılmışdı.

0:6 hesablı məğlubiyyətdən sonra yığmamızın baş məşqçisi Nikolay Adam oyunu şərh edib. Alman mütəxəssis yetirmələrini "ağ yuyub, qara sərib".

Adam başlıca səbəb kimi, futbolçularımızın xarakter nümayiş etdirməməsini göstərib:

“Futbolda 0:6, 0:10 və hətta daha böyük hesabla uduzmaq mümkündür, belə hallar olur. Amma necə məğlub olmaq da əhəmiyyətlidir. Oyun nə qədər alınmasa belə, gərək mübarizədən qopmayasan, məğlubiyyətlə barışmayasan. Təəssüf ki, bu gün komandada istədiyim mübarizliyi görmədim. Uşaqlar, demək olar ki, bütün təkbətək epizodlarda rəqibə uduzurdu. Belə halla ilk dəfə rastlaşmırıq. Avropa çempionatının ilkin seçmə mərhələsi ərəfəsində də Makedoniya yığmasına əzmkarlıq göstərmədən 0:2 hesabı ilə uduzduq. Amma komanda bundan dərs çıxarıb elit-raunda yüksəldi. Əlbəttə, hadisələrin eyni ssenari üzrə təkrarlanacağını deyə bilmərəm. Bu cür oyunla heç bir futbolçunun yığma komandanın formasını geyinməyə haqqı çatmır.

Məşqçilər korpusu, xüsusilə mən çox məyusuq, çünki komanda ilə bağlı birbaşa məsuliyyəti, cavabdehliyi mən daşıyıram. Ən çoxu da, komandanın ruhdan düşməsi məni təəssüfləndirir. İrlandiya yığmasına hörmətlə yanaşıram, amma bu komanda bir neçə gün əvvəl iki dəfə qarşılaşdığımız Finlandiya, seçmə mərhələdə oynadığımız Sloveniya yığmasından güclü deyil. Bu hesabın qeydə alınmasının əsas səbəbi futbolçularımızın bu gün xarakter göstərməməsi oldu. Niyə belə olduğunu anlaya bilmirəm, bu, mənim üçün inanılmazdır. Belə oynasaq, Fransada keçiriləcək elit-raund mərhələsində işimiz çox çətin olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm