İdman
“Qarabağ” “Valensiya”nın yetirməsini transfer edir
Ölkə mətbuatında “Qarabağ”ın ispaniyalı futbolçu Dani Quintana ilə müqavilə bağladığı haqda söz-söhbət gəzirdi. Amma od olmayan yerdən tüstü çıxmaz deyiblər.
Məsələylə bağlı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. Klub rəsmisi Publika.az-a açıqlamasında deyilənləri təsdiq etdi:
“Quintananın bu gün və ya sabah Bakıya gəlməsi gözlənilir. Onunla müqavilə bağlamaq ehtimalı yüksəkdir”.
Qurban Qurbanov xeyli müddətdir bu futbolçunu izlədiyini bildirib. Transferin gecikməsinə isə sənədlərinin qaydada olmaması mane olub.
Dani Quintana 1986-cı il martın 8-də İspaniyanın Las Palmas şəhərində doğulub. 1, 73 metr boya malik futbolçu, hücumameyilli yarımmüdafiəçidir. O, orta xəttin sağ və sol cinahlarında da oynayır. Hər iki ayağı işləkdir. “Valensiya”nın yetirməsi olan futbolçu, karyerası ərzində İspaniyanın “Ontinyent”, “Aljira”, “Ferrol”, “Urakan”, “Olimpik Xativa”, “Ximnastik”, Polşanın “Yagelloniya” və Səudiyyə Ərəbistanının “Əl Əhli” klublarının formasını geyinib. Məşhur “transfermarkt” saytı futbolçunun qiymətinin 880 min funt olduğunu qeyd edib.
Futbolçu cari mövsüm iki klubun formasını geyindiyindən “Qarabağ”a ancaq gələn mövsüm kömək edə bilər.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan