Dünən Türkiyədə tarix yazıldı - VİDEO
Bizi izləyin

İdman

Dünən Türkiyədə tarix yazıldı - VİDEO

Avroliqanın 1/16 final cavab oyunları keçirilib. Bu görüşlərdən sonra növbəti mərhələyə adlayacaq komandaların adlarına aydınlıq gələcək. Bu mərhələnin bütün oyunları eyni gündə keçirilib.

Publika.az-ın məlumatına görə, 1/16 finalın ilk iki oyunu Rusiyada baş tutub. Moskvada "Dinamo" "Anderlext"i, Peterburqda isə "Zenit" PSV-ni qonaq edib. Hər iki oyunda Rusiya təmsilçiləri qələbə qazanaraq 1/8 finala yüksəliblər.

Əsas oyunlardan birini “Beşiktaş” gerçəkləşdirib. "Beşiktaş" evdə "Liverpul"u sınağa çəkib. "Qara qartal" doğma meydanda ilk görüşdəki 0:1 hesablı məğlubiyyətin əvəzini çıxıb. 1:0 hesabı ilə başa çatan oyunda qalib yalnız penaltilər seriyasında bəlli olub. Burada "Beşiktaş" rəqibinə qalib gələrək 1/8 finala yüksəlib. “Qartallar” sözün əsil mənasında tarix yazıb.


"Trabzonspor" isə İtaliyaya səfər edib. İlk görüşdə "Napoli"yə 0:4 hesabı ilə uduzan Trabzon təmsilçisi üçün bu oyun formal xarakteri daşıyıb. Bu görüşdə 1:0 hesabı ilə qələbə qazanan Neapol təmsilçisi 1/8 finala adlayıb.

"Dnepr" klubu Yunanıstanda "Olimpiakos"un qonağı olub. İlk görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gələn Ukrayna təmsilçisi səfərdə bu üstünlüyünü qorumağa nail olub. Səfərdə 2:2 hesablı bərabərə qalan Ukrayna klubu 1/8 finalda oynamaq hüququ əldə edib. F qrupunu qalib başa vuran "İnter" isə evdə "Seltik"lə münasibətlərinə aydınlıq gətirib. Səfərdə rəqibi ilə 3:3 bərabərə qalan Milan təmsilçisi evdə "Seltik"i 1:0 hesabı ilə üstələyib.

Avropa Liqası, 1/16 final, cavab oyunları

26 fevral
Dinamo (Moskva) - Anderlext 3:1 (ilk oyun - 0:0)

Qol: Kozlov, 47. Yusupov, 64. Kuranyi, 95 - Mitroviç, 28.

Zenit - PSV 3:0 (1:0)

Qol: Rondon, 29; 67. Halk, 48.

Borussiya M - Sevilya 2:3 (0:1)

Qol: Xaka, 19. Hazard, 29 - Bakka, 8. Vitolo, 26; 79.

Legiya - Ayaks 0:3 (0:1)

Qol: Milik, 12; 43. Serero, 13.

Dinamo (Kiyev) - Genqam 3:1 (1:2)

Qol: Teodorçik, 31. Buyalskiy, 46. Qusev, 75-p - Mandanne, 66.

Zalsburq - Vilyarreal 1:3 (1:2)

Qol: Dyuriçin, 18 - Vietto, 33; 76. Dos Santos, 79.

Beşiktaş - Liverpul 1:0 (0:1) pen-5:4.

Qol: Tolqay Arslan, 72.

Fiorentina - Tottenhem 2:0 (1:1)

Qol: Qomes, 54. Salah, 71.

İnter - Seltik 1:0 (3:3)

Qol: Quarin, 88.

Everton - Yonq Boyz 3:1 (4:1)

Qol: Lukaku, 25-p; 30. Miralyas, 42 - Vilotiç, 13.

Atletik - Torino 2:3 (2:2)

Qol: İraola, 44. De Markos, 61 - Qualyarella, 16-p. Maksi Lopes, 45. Darmian, 68.

Sportinq - Volfsburq 0:0 (0:2)

Brügge - Olborq 3:0 (3:1)

Qol: Vasqes, 11. Olare, 64. Bolinqoli-Mbombo, 74.

Olimpiakos - Dnepr 2:2 (0:2)

Qol: Mitroqlu, 14. Dominqes, 90-p - Fedetskiy, 22. Kalniç, 92.

Napoli - Trabzonspor 1:0 (4:0)

Qol: De Quzman, 19.

Feyenoord - Roma 1:2 (1:1)

Qol: Manyu, 57 - Lyayiç, 45. Jervinyo, 60.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm