La Liqada baş məşqçi istefası – cəmi 1,5 ay işlədi
Bizi izləyin

İdman

La Liqada baş məşqçi istefası – cəmi 1,5 ay işlədi

İspaniyanın "Xetafe" klubunun baş məşqçisi Kiki Sançez Flores gözlənilmədən vəzifəsindən istefa verib.

Publika.az xəbər verir ki, bu barədə 50 yaşlı mütəxəssisin özü açıqlamasında deyib. Flores keçirdiyi mətbuat konfransında istefasının səbəbini belə izah edib:

"Daha öncə üzləşdiyim xoş olmayan vəziyyətlə yenidən qarşılaşmamaq üçün istefa verdim. Doğru qərar verdiyimi düşünürəm. Rəhbərliyə, futbolçulara və azarkeşlərə təşəkkür edirəm".

Flores yanvarda “Xetafe”nin baş məşqçi postuna təyin olunmuşdu. Hazırda La Liqada 24 turdan sonra 26 xalla 14-cü pillədə qərarlaşan Madrid klubu o qədər də pis çıxış etmirdi. Görünür, istefaya səbəb şəxsi problem olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm