Avropa Oyunlarına biletlərin qiyməti açıqlandı - uşaqlar üçün giriş pulsuz olacaq
Bizi izləyin

İdman

Avropa Oyunlarına biletlərin qiyməti açıqlandı - uşaqlar üçün giriş pulsuz olacaq

Bakı 2015 Avropa Oyunlarının yarışları, açılış və bağlanış mərasimlərinə biletlərin qiyməti açıqlanıb.

Publika.az xəbər verir ki, biletlərin qiyməti yarışın mərhələsi, keçirilmə və tamaşaçı yerlərinin kateqoriyasından asılı olaraq, 2 manatdan 5 manatadək dəyişəcək.

Bu barədə Avropa Oyunları Əməliyyat komitəsinin press-relizində deyilir.

Uşaqlar və 16 yaşadək yeniyetmələr yarışa pulsuz, lakin yaşlı adamın (yaşı 18-dən çox) yanında buraxılacaqlar. Həmin şəxsin üzərində şəxsiyyət vəsiqəsi və bilet olmalıdır.

Yeganə istisna Heydər Əliyev adına Arena və Milli Gimnastika Arenasındakı yarışlar üçün biletləri əhatə edəcək. Həmin yerlərdə yarışlara baxmaq istəyən, yaşı 16-ya çatmayan şəxslər 1 manat ödəməli olacaqlar.

Açılış mərasimində biletlərin qiyməti 20 manatdan, bağlanış mərasimində isə 10 manatdan başlayacaq. Biletlər 19-21 mart tarixlərində satışa çıxarılmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm