"Barselona"nın lider olmaq şansı böyükdür
Bizi izləyin

İdman

"Barselona"nın lider olmaq şansı böyükdür

Martın 7-də İspaniya La Liqasının 26-cı turu çərçivəsində "Atletik" doğma meydanda çempionatın lideri "Real"ı qəbul edib.

Matça Bilbao təmsilçiləri aktiv başlayıblar: 27-ci dəqiqədə Arits Aduris baskları önə keçirib - 1:0.

Madridlilərin çoxsaylı cəhdləri nəticəsiz qalıb: oyunda başqa qol qeydə alınmayıb.

Əvəzində, oyun vərəqələrin bolluğu ilə yadda qalıb. Ev sahiblərinin heyətində Arits Aduris, Xabier Etxeita, Karlos Qurpegi, qonaqların heyətində isə Toni Kroos, İlyarramendi, İsko və Marselo qarşılarında sarı vərəqə görüblər.

Beləliklə, sabah "Nou Kamp"da "Rayo Valekano"nu qəbul edəcək "Barselona"nın lider olmaq şansı böyükdür. Hazırda liderdən iki xal geri qalan kataloniyalılar sabah qələbə qazanacaqları təqdirdə birinciliyi ələ keçirəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm