İdman
Bakı 2015 milli kanalda da izlənəcək
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu yay keçiriləcək birinci Avropa Oyunlarının ev sahibi ölkə Azərbaycanda yayımını təmin etmək üçün Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) ilə saziş imzalayıb.
AzTV Azərbaycanın milli teleyayım şirkətidir və xeyli tamaşaçı kütləsinə malikdir. Bakı 2015 yarışları 17 gün boyunca həm AzTV , həm də AzTV Sport (İdman Azərbaycan) kanallarında nümayiş olunacaqdır. O cümlədən, mümkün qədər çox canlı yarışlar, möhtəşəm açılış və bağlanış mərasimləri və ölkə boyunca məşəlin ötürülməsi turu nümayiş etdiriləcək.
Tədbirdə çıxış edən Azərbaycan Gənclər və İdman naziri, Bakı 2015-in Baş İcraçı Direktoru Azad Rəhimov idmançıların təhlükəsizliyindən danışdı:
"Biz Avropa Oyunları komitəsi vasitəsi ilə Bakıya gələn idmançıların və komandaların sayını izləyirik. Ermənistan İlk Avropa Oyunlarında yunan-Roma güləşi və gimnastika yarışlarında iştirakdan imtina edib. Biz heç bir ölkənin daxili işinə qarışmırıq. İstənilən ölkənin idmançısı Bakıda iştirak edə bilər. Nəinki erməni idmançıları, bütün ölkələrin idmançılarının təhlükəsizliyinə tam təminat verilir. Ən təhlükəsiz məkan idmançıların kəndi olacaq".
Daha sonra tədbirdə çıxış edən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov Avropa Oyunlarını bütün Azərbaycan tamaşaçısına təqdim edəcəkləri üçün qurur duyduqlarını deyib:
"Bu, ölkə üçün tarixi bir məqamdır. Biz aparıcı Azərbaycan yayım şəbəkəsi olaraq Oyunları təşviq etməli və bütün ölkə boyunca davam edəcək möhtəşəm Məşəlin ötürülməsi prosesini yayımlamaq üçün Bakı 2015-lə əməkdaşlıq edərək öz payımıza düşən işi yerinə yetirəcəyik".
Aygün İlqarqızı
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...