Londondan və Münhendən kim “sağ” çıxacaq?
Bizi izləyin

İdman

Londondan və Münhendən kim “sağ” çıxacaq?

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki qarşılaşma keçiriləcək. Görək, qitənin ən nüfuzlu klub turniri bu gecə azarkeşlərə hansı sürprizi yaşadacaq?

Publika.az xəbər verir ki, Londonda “Çelsi” PSJ-ni qəbul edəcək. “Şaxtyor” isə “Alyans Arena”da “Bavariya” qarşısında imtahan verəcək. Dünən keçirilən iki oyundan sonra “Real” və “Portu” 1/4 finalın ilk iştirakçıları olub.

Diqqətlər Londona

Parisdə heç-heçəyə razılaşan "Çelsi" və PSJ bu dəfə Londonda münasibətlərinə aydınlıq gətirməyə çalışacaq. Hər iki komandanın daxilində vəziyyət yaxşıdır. Parislilər uzun fasilədən sonra liderliyə yüksəlməyi bacarıbsa, "Zadəganlar" Premyer Liqanın zirvəsində möhkəmlənməklə yanaşı, Liqa kubokunun qalibi olmağı da bacarıb. Artıq hər iki klub bütün diqqətlərini bu matça yönəldib.

“Bavariya” çəkinir və düz də edir

"Bavariya" - "Şaxtyor" matçı da gərginliyinə görə digər qarşılaşmalardan heç də geri qalmır. Ukraynadakı oyunda qapısını toxunulmaz saxlamağı bacaran "şaxtaçılar" bu dəfə qol vurmağa çalışacaq. Onların bu yöndə işləri asan ola bilər. Çünki Münhen təmsilçisi dayaq yarımmüdafiəçisiz qalıb. Xabi Alonso ilk oyunda qırmızı vərəqə aldığından, bu oyunu buraxmalı olacaqsa, Xavi Martines zədəlidi. Bu mövqedə oynamağı bacaran Flipp Lam da zədədən əziyyət çəkir. Bu səbəbdən "Bavariya"nın baş məşqçisi Pep Qvardiola donetsklilərin hücumlarının qarşısını necə alacağı barədə ciddi şəkildə düşünməli olub. Pepin hansı qərara gəldiyi oyun zamanı bilinəcək.

Çempionlar Liqası, 1/8 final, cavab oyunları

23:45 Çelsi (İngiltərə) – PSJ (Fransa)

İlk oyun - 1:1.

Stadion: "Stemford Bric".

Baş hakim: Byorn Keypers (Hollandiya).

TV: Az.TV, NTV+futbol 1 (Rusiya).

Aralarındakı oyun: +2=3-1, top fərqi - 8:5.

Cəzalı: yoxdur.

Zədəli: Con Obi Mikel, Nemanya Matiç (şübhəli) - Serje Orye, Lukas Moura, Yoan Kabay (şübhəli).

Optimal heyətlər

Çelsi: Kurtua - İvanoviç, Terri, Keyhill, Aspilikueta - Ramires, Matiç, Villian, Fabreqas, Hazard - Kosta.

PSJ: Siriqu - Maksvell, Tyaqo Silva, David Luis, Van Der Vil - Motta, Verratti, Matyuidi - Kavani, İbrahimoviç, Pastore.

23:45 Bavariya (Almaniya) – Şaxtyor (Ukrayna)

İlk oyun - 0:0.

Stadion: "Alyans Arena".

Baş hakim: Vilyam Kollam (Şotlandiya).

TV: İdman Azərbaycan, NTV+futbol 2 (Rusiya).

Cəzalı: Xabi Alonso (Bavariya).

Zədəli: Flipp Lam, Tyaqo Alkantara, Xavi Martines - Bernard.

Optimal heyətlər

Bavariya: Noyer - Rafinya, Boatenq, Badştuber, Bernat - Şvaynştayger, Alaba - Robben, Müller, Riberi - Levandovski.

Şaxtyor: Pyatov - Srna, Kuçer, Rakitskiy, Şevçuk - Stepanenko - Duqlas Kosta, Fernando, Aleks Teyşeyra, Tayson - Luis Adriano.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm