Bu da yeni reytinq – Qvineya-Bissau, Əfqanıstan, sonra biz
Bizi izləyin

İdman

Bu da yeni reytinq – Qvineya-Bissau, Əfqanıstan, sonra biz

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Planetin 209 yığmasının yer aldığı siyahıda son 4 həftədə baş tutan qarşılaşmaların nəticələri öz əksini tapıb və bir sıra dəyişikliklər olub.

Publika.az xəbər verir ki, son 1 ayda heç bir rəsmi oyun keçirməyən Azərbaycan yığmasının hesabında 198 xal var. Ötən ayla müqayisədə 24 xal itirən millimiz mövqeyini itirib.

Ukraynanın “Şaxtyor” klubu ilə qeyri-rəsmi yoxlama matçı ilə kifayətlənən komandamız 8 pillə geriləyib. 131-ci pillədən 139-cu yerə yuvarlanan komandamız təxminən son 5 ildə ən zəif nəticəsinə imza atıb.

Əfqanıstan, Qazaxıstan, Qvineya-Bissau, Barbados, Yeni Zelandiya, Maldiv adaları, Sent-Lusiya, Aruba, Filippin, Vyetnam kimi ölkələrin komandaları da yığmamızı keçib. Daha böyük uğursuzluq yaşayan Fələstin və Livan isə bizdən öndəki mövqelərini əldən verib. Nəticədə 2 millini keçib, 10-dan geri düşən komandamız ümumilikdə 8 pillə itirib.

“İlk onluq”da da cüzi dəyişiklik olub. AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan İtaliya yığması 2 pillə irəliləməklə 10-cu pilləyə yüksəlib. Onlar bu pillədən son 2 qitə çempionatının qalibi İspaniyanı sıxışdırıb.

Ümumiyyətlə, millimizin seçmə mərhələdəki 5 rəqibindən ikisi – İtaliya ilə Malta irəliləyibsə, 2-si – Norveçlə Bolqarıstan geri düşüb. Yalnız Xorvatiya mövqeyini qoruyub.

“İlk onluq”

1 (1). Almaniya – 1770

2 (2). Argentina – 1577

3 (3). Kolumbiya – 1499

4 (4). Belçika – 1471

5 (5). Hollandiya - 1415

6 (6). Braziliya – 1348

7 (7). Portuqaliya - 1191

8 (8). Fransa – 1180

9 (9). Uruqvay – 1164

10 (12). İtaliya – 1146

AÇ-2016-dakı rəqiblərimiz

10 (12). İtaliya – 1146

19 (19). Xorvatiya – 963

70 (69). Norveç - 522

71 (70). Bolqarıstan - 501

145 (149). Malta – 169

Millimiz və “qonşuları”

134 (138). Qvinye-Bissau – 211

134 (136). Yeni Zelandiya - 211

136 (129). Lüksemburq – 209

137 (144). Əfqanıstan – 203

138 (139). Qazaxıstan - 199

139 (131). AZƏRBAYCAN – 198

140 (126). Fələstin - 194

141 (137). Tacikistan – 192

142 (143). Tailand – 189

143 (145). Mərkəzi Afrika Respublikası – 178

144 (147). Türkmənistan – 175

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm