"Yadplanetli" danışdı: “Bir müddət əvvəl “yox idim”
Bizi izləyin

İdman

"Yadplanetli" danışdı: “Bir müddət əvvəl “yox idim”

“Barselona” cari mövsümdə çətin anlar yaşadı. Komanda daxilindəki münaqişələrdən bütün dünyanın xəbəri oldu. Amma 2015-ci ilin əvvəlindən bütün problemlər unuduldu. “Barsa” elə sürət yığdı ki...

Əslində münaqişənin əsas səbəbkarı kimi göstərilən Lionel Messinin oyununda fantastik irəliləyiş müşahidə olundu. Köhnə günlərini yadına salan “yadplanetli” qollarını sıralayaraq Kriştiano Ronaldonu da kölgədə qoydu.

Publika.az xəbər verir ki, argentinalı dahi qarşıdakı “El-Klasiko”nu və Çempionlar Liqasının 1/4 final oyunlarını səbrsizliklə gözlədiyini deyib:

“Bir müddət əvvəl mənim oynadığım futbol faciə idi. Amma o günlər artıq arxada qalıb. İndi optimal formada olduğumu və karyeramda ən uğurlu dövrlərimdən növbətisini keçirdiyimi deyə bilərəm. Özümü çox yaxşı hiss edirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm