İdman
BAKI 2015: Ermənilərə 2 yer verildi
Bakıda keçiriləcək I Avropa Oyunlarının kamandan oxatma yarışlarına qatılacaq ölkələrin siyahısı açıqlanıb.
Publika.az xəbər verir ki, yarışa 11 ölkə 6 idmançı (3 kişi, 3 qadın) ilə qatılmaq hüququ əldə edib.
Belə ki, Azərbaycan Bakı 2015-də ev sahibi kimi həm kişilərin, həm də qadınların mübarizəsində 3 oxatanla gücünü sınayacaq. Yığmamız kimi Belarus, Fransa, Almaniya, İtaliya, Hollandiya, Polşa, Rusiya, İspaniya, Türkiyə və Ukrayna da həm kişi, həm də qadın idmançılar arasında keçiriləcək turnirlərin hər biri üçün 3 kvota yerinə yiyələniblər.
Sloveniya və Norveç kişilərin, Danimarka, Gürcüstan, Böyük Britaniya, Yunanıstan və İsveçrə isə qadınların yarışına 3 oxatanla qatılacaq.
Digər ölkələrə gəlincə, onlar maksimum 2 idmançı ilə paytaxtımıza gələ biləcəklər. Kişilərin yarışına Ermənistan, Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Finlandiya, Gürcüstan, Böyük Britaniya, Yunanıstan, İrlandiya, İsrail, Latviya, Lüksemburq, Moldova, Rumıniya, San-Marino, Slovakiya, İsveç, İsveçrə, İslandiya, Kosovo və Serbiyaya 1 oxatanla qatılmaq hüququ verilib.
Qadınların mübarizəsində isə Ermənistan, Avstriya, Bolqarıstan, Kipr, Estoniya, Finlandiya, İrlandiya, Kosovo, Latviya, Moldova, Norveç, Rumıniya, Sloveniya, Slovakiya, İsveç və Litvaya 1 kvota verilib.
Beləliklə, ümumilikdə 128 (64 kişi, 64 qadın) oxatan 5 dəst medal uğrunda dəqiqliyini yoxlayacaq.
Qeyd edək ki, kamandan oxatma yarışı iyunun 17-22-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO