Avropa Oyunlarına ilk bilet Rusiya vətəndaşına qismət oldu
Bizi izləyin

İdman

Avropa Oyunlarına ilk bilet Rusiya vətəndaşına qismət oldu

Bakı 2015 I Avropa Oyunlarına ilk bileti əldə etmiş şəxs Rusiya vətəndaşıdır.

Publika.az xəbər verir ki, bunu BEGOC-un bilet satışı şöbəsinin rəhbəri Miryam Bogataj deyib.

Onun sözlərinə görə, I Avropa Oyunlarına ilk bileti Rusiyanın Moskva şəhərindən Kseniya Muradova adlı şəxs internet üzərindən onlayn qaydada əldə edib: “O, həmçinin onlayn qaydada qeydiyyatdan keçən ilk şəxs olub. Onun üçün böyük sürpriz hazırlayırıq”.

Qeyd edək ki, biletlərin onlayn qaydada satışına martın 30-dan etibarən başlanılıb. Aprelin 3-dən isə Avropa Oyunlarına biletlərin rəsmi satışına paytaxtdakı bilet satışı məntəqələrində start verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm