Futbolçular hakimi dövrəyə aldı, o ki var döydü
Bizi izləyin

İdman

Futbolçular hakimi dövrəyə aldı, o ki var döydü

Braziliyanın həvəskar liqasında böyük qalmaqal yaşanıb.

Publika.az xəbər verir ki, Alaqoas ştatını təmsil edən iki komandanın – “Sentro Sportivo Alaqoano” və “Reqatas Brazil” qarşılaşmasında əməlli-başlı dava-dalaş düşüb. Bu haqda yerli “Globo” nəşri məlumat yayıb.

Hadisənin baş verməsinə bir çox hallarda olduğu kimi yenə hakimlik səbəb olub. Referinin qərarlarından boğaza yığılan futbolçular onu dövrəyə alıblar və başlayıblar ədalət təmsilçisini “çiləməyə”. Dərhal müdaxilə edən asayiş keşikçiləri insidentdə fəallıq göstərən futbolçulardan birini meydandaca həbs edib. Bir müddətdən sonra tutulan futbolçu buraxılıb. Amma klub polis bölməsindən sağlamlıq haqda arayış tələb edib. Rəhbərliyin fikrincə, bölmədə futbolçuya qarşı sərt davranılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm