Silahlı basqının təfərrüatları: “Avtobus körpüdən aşağı düşə bilərdi” - FOTOLAR
Bizi izləyin

İdman

Silahlı basqının təfərrüatları: “Avtobus körpüdən aşağı düşə bilərdi” - FOTOLAR

“Fənərbaxça”nın nigeriyalı futbolçusu Emmanuel Emenike "Rizəspor"la baş tutan səfər matçından (5:1) sonra Rizə - Trabzon yolunda yaşanan silahlı basqın haqda danışıb.

Publika.az xəbər verir ki, futbolçu BBC-yə verdiyi müsahibədə həmin hadisəni “qorxunç bir an” adlandırıb:

“Böyük bir səfər matçı qələbəsini bayram edəcəyimiz gün bu hadisə baş verdi və hər kəs şoka düşdü. Səs-küy eşidəndə telefonda qardaşımla danışırdım və maşının təkərlərindən birinin partladığını düşündüm. Çünki avtobus yoldan çıxmışdı. Lakin təhlükəsizliyimizi təmin edən adamı avtobusun ön hissəsində gördükdə, pis bir hadisənin olduğunu anladım. Əyləci basanın təhlükəsizlik işçisi olduğunu fərq etdik və sürücünün vurulduğunu söylədi. "Vuruldu" sözü bizim üçün çox böyük bir şok oldu. Çünki qanı və sürücünün yanındakı şüşənin parçalandığını gördük. Hadisə avtobusun içindəki hər kəs üçün qorxunc bir ana çevrilmişdi.

Həqiqətən də bəzi insanların olduğumuz avtobusa atəş açması və sürücünün pis şəkildə yaralanması inanılmaz idi. Dəhşətli hadisədir. Amma eyni zamanda həyatda hər şeyin ola biləcəyinin göstəricisidir.

Cəsur sürücümüzün tez zamanda yaxşılaşmasını diləyirəm. Sonsuza qədər ona və təhlükəsizlik işçilərinə minnətdar olacağam. Çünki avtobus körpüdən aşağı düşə bilərdi. Nəticə çox pis və faciəli ola bilərdi. Lakin bu gün hamımız onların sayəsində buradayıq. Və təbii ki, Tanrı bizim yanımızdaydı. Bu hadisənin dərindən araşdırılacağına və günahkarların məsuliyyətə cəlb olunacağına ümid edirəm”.

Daha sonra futbolçu “Fənərbaxça”dakı gələcəyi ilə bağlı danışıb:

“Fənərbaxça"da müqaviləm hələ davam edir və bu klubu sevirəm. Bu sadəcə istisna hadisə idi və asan çıxış yolu axtarmaq üçün kafi deyil. Keçmişi geridə buraxdım və diqqətimi gələcəyə yönəltmişəm. İndi əvvəlkindən daha güclüyəm”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm