"Danışan" şəkil - FOTO
Bizi izləyin

İdman

"Danışan" şəkil - FOTO

La Liqanın son turunda “Real” - “Qranada” oyununda qapılara 10 qol vuruldu. Qollardan tən yarısı isə Kriştiano Ronaldonun adına yazıldı. Bu da statistiklərə növbəti araşdırma aparmaq üçün kifayət etdi.

Publika.az xəbər verir ki, karyerası ərzində 408 qol vuran portuqaliyalı hücumçu daha çox İspaniya klublarının qapısına yol tapıb. Aşağıdakı şəkildə statistiklər Ronaldodan qol yeyən bütün klubların adlarını qeyd edib.

Kriştiano “Sevilya”nın qapısına qol vurmağı xoşlayır. Andalusiyalılardan sonra “Real”ın lideri ən çox “Barselona” və “Atletiko”nun qapısına yol tapıb ki, bu da onu bəyənməyənlər üçün tutarlı faktdır.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm