“Hafiz Məmmədov ... desin ki, mən kiməm, o kimdir?”
Bizi izləyin

İdman

“Hafiz Məmmədov ... desin ki, mən kiməm, o kimdir?”

Son günlər “Bakı” futbol klubunun adı ətrafında gəzən söz-söhbətlər səngimək bilmir. Premyer Liqanın son turunda baş verənlər bir daha göstərdi ki, vəziyyət ürəkaçan deyil. “Qarabağ”la 1:1 bitən oyundan sonra “Bakı”nın baş məşqçisi İbrahim Uzuncanın mətbuat konfransında dediyi fikirlər gərginliyi daha da artırdı. O, istefa xəbərinin Yaşar Seyidovun hiyləsi olduğunu iddia etmişdi. Bu barədə mətbuatda xeyli yazıldı.

Publika.az Seyidovun məsələyə münasibətini öyrənib:

“Hafiz Məmmədovun bu hadisələrə reaksiyasını gözləyirəm. Gözləyirəm desin ki, “Yaşar Seyidov klub üçün kimdir, İbrahim Uzunca kim. Mən sözümdən dönmürəm. Əgər belə davam edərsə? “Bakı” klubu tamamilə məhv olacaq. Onu da bildirim ki, AFFA doğrudan da Azərbaycan futbolunun inkişafı üçün çalışır”.

Qeyd edək ki, Yaşar Seyidov “Bakı”nın prezidenti, təsisçisi və AFFA İcraiyyə Komitəsinin üzvü olub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm