Millimiz 24 pillə irəlilədi – REYTİNQ
Bizi izləyin

İdman

Millimiz 24 pillə irəlilədi – REYTİNQ

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Publika.az xəbər verir ki, bu gün açıqlanan siyahıda son 4 həftədə baş tutan qarşılaşmaların nəticələri öz əksini tapıb. Dəyişikliklər Azərbaycan yığmasının mövqeyinə də ciddi təsir edib. Belə ki, hesabında 264 xal olan komandamız 115-ci pilləyə yüksəlib.

Ötən ay 198 xalla 139-cu pillədə olan yığmamızın 24 pilləlik sıçrayışına AÇ-2016-nın Malta ilə seçmə oyunundakı qələbə səbəb olub. 2:0 hesabı ilə qalib gələn millimiz qazandığı 66 xalla irəliləyib. 24 pilləlik sıçrayış isə millimizin tarixində ən böyük addımdır.

Millimiz və “qonşuları”

111 (112). Liviya - 281

111 (121). Sent-Kitts və Nevis - 281

113 (113). Namibiya - 279

114 (116). Kanada - 277

115 (139). AZƏRBAYCAN – 264

116 (119). Sent-Vinsent və Qrenadin - 262

117 (118). Keniya - 258

118 (107). Dominikan Respublikası - 257

119 (114). Niger - 252

120 (115). Mavritaniya - 246

İlk “onluq”da da xeyli dəyişiklik qeydə alınıb. Fransa və İtaliya ən yaxşı 10 komanda sırasını tərk edib. Onların yerinə isə İsveçrə və İspaniya yüksəlib. Sonuncular 1, isveçrəlilərsə 3 pilləlik irəliləyişlə buna nail olub. Bundan başqa, Belçika 3-cü yeri Kolumbiyanın “əlindən alıb”. Braziliya isə Hollandiyanı 5-ci sıradan kənarlaşdırıb. Uruqvay da ötən ayla müqayisədə irəli addım atıb.

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibimizdən ikisi – İtaliya ilə Malta geriləyibsə, 2-si – Xorvatiya ilə Bolqarıstan irəliləyib. Yalnız Norveç mövqeyini qoruyub.

Türkiyə yığması hesabında olan 603 xalla 4 pillə irəliləyərək, 52-ci yerə yüksəlib.

“İlk onluq”

1 (1). Almaniya – 1687

2 (2). Argentina – 1490

3 (4). Belçika – 1457

4 (3). Kolumbiya – 1412

5 (6). Braziliya – 1354

6 (5). Hollandiya – 1301

7 (7). Portuqaliya – 1221

8 (9). Uruqvay – 1176

9 (12). İsveçrə – 1135

10 (11). İspaniya – 1132

AÇ-2016-dakı rəqiblərimiz

13 (10). İtaliya – 1085

17 (19). Xorvatiya – 977

67 (71). Bolqarıstan – 505

70 (70). Norveç – 491

149 (145). Malta – 158

Oxumağa davam et
Reklam
Reklam

Gündəm