İdman
"Beşiktaş"ın avtobusuna hücum oldu - FOTO
Türkiyədə növbəti dəfə idman klublarından birinə aid avtobus hücuma məruz qalıb.
ANS PRESS-in məlumatına görə, “Beşiktaş Gimnastika Klubu”na
(BJK) aid “Mogaz” həndbol komandasının avtobusu hücuma məruz
qalıb.
Hadisə Mersin şəhərində “Beşiktaş Mogaz” ilə “Hantaş Mersin
Sportif” arasında baş tutmuş qarşılaşma zamanı baş verib.
Qarşı komandanın bir qrup azarkeşinin içərisində heç kim olmayan
“Beşiktaş” avtobusuna daşlarla hücum etdiyi bildirilir.
Hücum nəticəsində avtobusun şüşələrinin sındığı bildirilir.
Polis hadisəni törədənləri yaxalamaq üçün əməliyyata başlayıb.
Xatırladaq ki, ötən həftə Türkiyənin “Fənərbaxça” klubu futbol
komandasının avtobusu silahlı hücuma məruz qalmış, sürücü başından
yaralanmışdı. Bundan sonra isə Fransanın “PSJ” komandasının
avtobusuna qolf topu ilə hücum olmuş və avtobusun şüşəsi
sınmışdı.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR