Derbidən öncə iki itki
Bizi izləyin

İdman

Derbidən öncə iki itki

“Mançester Siti” həmşəhərliləri “Mançester Yunayted”lə vacib oyun öncəsi iki itkiylə üzləşib.

Publika.az xəbər verir ki, “şəhərlilər” Mançester derbisindən öncə hücumçuları - Vinfred Boni və Stefan Yovetiçin xidmətindən məhrum qalıb. Belə ki, Boni bir müddətdi davam edən zədəsi tam sağalmadığından, Yovetiç isə məşqdə əzələsini dartdığından “qırmızı şeytanlar”la oyunda kənarda qalacaq.

Mançester derbisi sabah saat 20:00-da start götürəcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm