Dortmundda “zəlzələ” - Prezident ağladı - FOTOLAR
Bizi izləyin

İdman

Dortmundda “zəlzələ” - Prezident ağladı - FOTOLAR

Nəhayət, uzun müddət müzakirəsi gedən istefa məsələsi reallaşmaq üzrədir.

Publika.az xəbər verir ki, Dortmund “Borussiya”sının baş məşqçisi Yürgen Klopp mövsümün sonunda postundan ayrılacaq. Bu barədə “Bild” qəzeti məlumat yayıb. Bu gün keçirilən mətbuat konfransında kədərli anlar yaşanıb. Müqavilə müddəti 2018-ci ildə bitsə də, tərəflər bu ilin iyununda yolları ayırmağa qərar verib. Konfrans vaxtı Vatskenin agladığı diqqətdən yayınmayıb.

Alman baş məşqçi istefasına "Bavariya" ilə aralarındakı 37 xal fərqi və Çempionlar Liqasında "Yuventus"a uduzmalarının əsas verdiyini bildirib. Son dövrdə çox yorulan 47 yaşlı baş məşqçinin Qvardiola kimi futbola bir il ara verməsi də gözlənilir. Amma Klopp yorulmadığını, eyni zamanda indiki vəziyyətdə hansısa klubla danışmaq istəmədiyini bildirib.

Dortmund təmsilçisinin Kloppdan sonrakı planı indidən bəllidir. “Bild” qəzeti Kloppun yerinə sonuncu dəfə "Maynts"i çalışdıran Tomas Tuxelin gətiriləcəyini iddia edir.

Kloppu isə başda “Mançester Siti” və “İnter” olmaqla bir sıra nəhəng klublar baş məşqçi postunda görmək istəyir.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm