Beşiktaş”ın ofisinə “hücum” – Müsadirə
Bizi izləyin

İdman

Beşiktaş”ın ofisinə “hücum” – Müsadirə

"Beşiktaş" klubu müsadirə şoku ilə üz-üzə qalıb. 8 milyon 839 min dollarlıq borc üçün icra məmurları klubun ofisinin qarşısına toplaşıb. İcra məmurları ilə yanaşı, klubun vəkilləri də həmin binanın qarşısına gəliblər.

Publika.az xəbər verir ki, icra məmurları klub prezidenti Fikrət Ormanın və rəhbərliyə daxil olan bütün şəxslərin otaqlarının yerləşdiyi 13-cü mərtəbədə içəridəki bütün masaları, stulları və digər əşyaları qeydə alıb, müsadirə ediblər.

Borcun klubun keçmiş prezidenti Yıldırım Demirörenin dövründən qaldığı deyilib. Klub Aktif Tanıtım Şirkətinə borclu imiş. Vitse-prezident Ahmed Nur Çebi və bəzi idarəçilər Demirörenin dövründən qalan borc üçün bir müddət əvvəl Aktif Tanıtım Şirkəti rəsmiləri ilə razılaşıb, rəqəmi 3 milyon dollara endirmişdi. Ancaq 3 milyon dollarlıq borcun 300 min dollarlıq son krediti ödənmədiyi üçün razılaşma pozulub. Reklam şirkəti səlahiyyətliləri də ofisə gələrək müsadirə əməliyyatını icra ediblər.

Reklam şirkətinin hüquq bürosu isə verdiyi yazılı açıqlamada borcun Yıldırım Demirörenin dövrünə aid olduğunu bildirib. Ancaq Fikret Orman rəhbərliyinin borcu ödəmək üçün imzaladığı protokola riayət etmədiyini bildirib. Bu səbəbdən müsadirə işləri qaldığı yerdən davam edib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm