Bakı 2015: İngiltərə nəşri Bakını necə tərənnüm etdi?
Bizi izləyin

İdman

Bakı 2015: İngiltərə nəşri Bakını necə tərənnüm etdi?

Bu gün bütün Azərbaycan iyunun 12-də başlayacaq və 20 müxtəlif idman növünü əhatə edəcək I Avropa oyunlarının startını həyəcanla, səbirsizliklə gözləyir.

Publika.az xəbər verir ki, "Daily Star" jurnalında Bakı və I Avropa oyunlarına həsr olunan məqalə dərc edilib.

Məqalədə müasir Bakını əla tərənnüm edən belə bir hissə var: "Şəhərin yeni və ən hündür binalarından olan "Flame Towers" kompleksinin ətrafında hər bir şey kiçik görünür. Gecələr göydələnlərin əyri fasadları böyük displeylərə çevrilir və burada möhtəşəm bir işıq şousu nümayiş olunur. Bu şəhər kökündən dəyişib və bunu hər kəs görməlidir".

Müəllif göstərir ki, Bakı bu gün iyunun 12-də başlayacaq və 20 müxtəlif idman növünü əhatə edəcək I Avropa oyunları ilə yaşayır. Qarşıdakı oyunlarla əlaqədar ölkə infrastrukturunun inkişafı, Milli Gimnastika Arenası, Velopark VMX, Bakı Akvatika Mərkəzi, Atıcılıq mərkəzi, möhtəşəm Milli stadion və olimpiya şəhərciyi daxil olmaqla, bir sıra idman obyektlərinin tikintisi üzrə böyük tədbirlər həyata keçirilib.

Müəllif, həmçinin qeyd edib ki, gələn il Bakıda "Formula-1" yarışları, 2017-ci ildə isə İslam Olimpiya oyunları keçiriləcək. Onun fikrincə, şəhərin ən gözəl məkanlarından biri də Heydər Əliyev Mərkəzi və dam hissəsi bükülmüş xalçaya bənzəyən Xalça Muzeyidir.

"Xəzər dənizində süni adada dünyada ən hündür 189 mərtəbəli göydələnin tikilməsi planlaşdırılır", - müəllif yazıb.

Məqalədə vurğulanıb ki, yeni nailiyyətlərlə yanaşı, əsl gözəllik Köhnə şəhərdə göz önünə gəlir: "Dar, daş döşənmiş və çox sayda küçə satıcıları və çayxanaları olan labirintə bənzər küçələr məni valeh etdi. Şərqin Qərblə qovuşduğu Bakı inkişaf edən şəhərdir", - müəllif qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm