İlk gündə 20 medal – 3 qızıl, 8 gümüş, 9 bürünc
Bizi izləyin

İdman

İlk gündə 20 medal – 3 qızıl, 8 gümüş, 9 bürünc

Heydər Əliyev adına İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başlayıb. Bu dəfəki turnir iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyır. Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak edir.

Publika.az xəbər verir ki, ilk yarış günündə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə 92 pəhləvan mübarizə aparıb. Azərbaycan güləşçiləri ilk yarış günündə 3 qızıl, 8 gümüş və 9 bürünc medal qazanıb. Komanda hesabında yığmamız birinci olub. İkinci yerdə İran, üçüncü yerdə isə Gürcüstan komandası qərarlaşıb.

İkinci yarış günündə gənclər arasında yunan-Roma güləşi üzrə 102 pəhləvan mübarizə aparacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm