Soçidə qalmaqal - Almaniyalı idmançı dopinq - testdə ilişdi
Bizi izləyin

İdman

Soçidə qalmaqal - Almaniyalı idmançı dopinq - testdə ilişdi

Soçidə qalmaqal-Almaniyalı idmançı dopinq-testdə ilişdi

Soçidə almaniyalı idmançıdan götürülən dopinq-test müsbət nəticə verib.

Publika.az xəbər verir ki, artıq Almaniya Olimpiya Komitəsi məsələ ilə bağlı məlumatlandırılıb.

Ancaq hələ ki, nə idmançının adı, nə də çıxış etdiyi idman növü açıqlanmayıb. Gözlənilir ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İntizam Komitəsi B testinin nəticəsindən sonra bu haqda rəsmi məlumat yayacaq.

Bununla bağlı ilk məlumatı almaniyalı jurnalist sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, bu, Soçidə keçirilən yarışlar zamanı idmançıların qanında dopinq tapılması ilə bağlı ilk hadisədi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm