Bu gün Avro-2016-nın püşkü atılacaq
Bizi izləyin

İdman

Bu gün Avro-2016-nın püşkü atılacaq

Fevralın 23-də 2016-cı ildə Fransada təşkil olunacaq futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Fevralın 23-də 2016-cı ildə Fransada təşkil olunacaq futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Nitsa şəhərindəki "Akropolis" konfrans sarayında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Azərbaycan millisinin də rəqiblərini tanıyacağı püşkatmada ölkəmiz iki nəfərlə təmsil olunacaq. Bunlar AFFA-nın baş katibi Elxan Məmmədov və yığmanın almaniyalı baş məşqçisi Berti Foqtsdur. V səbətdə yer alan yığmamız final mərhələsinin iştirakçılarının 16-dan 24-ə yüksələcəyi bu məsul turnirə çıxmaq vəzifəsini indidən qarşısına qoyub.

2016-cı il iyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparacaq 53 komanda 6 səbətə bölünüb. Səbətlərin tərkibi yığmaların UEFA reytinqinə əsasən müəyyənləşdirilib.

Ölkələr arasında müharibə vəziyyəti ilə əlaqədar diplomatik gərginlik səbəbi ilə seçmə mərhələdə İspaniya ilə Cəbəllütariq, Rusiya ilə Gürcüstan, Azərbaycanla isə Ermənistan eyni qrupda yer ala bilməzlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm