Soçi olimpiadası başa çatdı
Bizi izləyin

İdman

Soçi olimpiadası başa çatdı

Soçidə "Fişt" Olimpiya stadionunda təşkil olunan XXII Qış Olimpiya Oyunlarının bağlanış mərasimi başa çatıb.

Soçidə "Fişt" Olimpiya stadionunda təşkil olunan XXII Qış Olimpiya Oyunlarının bağlanış mərasimi başa çatıb.

25 min könüllünün qatıldığı olimpiadada 2 800-ə yaxın idmançı 7 idman növündə 98 dəst medal uğrunda mübarizə aparıb.

Rusiya Soçi olimpiadasında medal sayına görə birinci pillədə yer alıb - 13 qızıl, 11 gümüş, 9 bürünc. Norveç yığması 26 medalla (11-5-10) ikinci, Kanada millisi isə 25 medalla (10-10-5) üçüncü sırada qərarlaşıb.

Ümumilikdə Olimpiya Oyunlarında 26 ölkədən idmançılar medal qazanıb.

Azərbaycan bu olimpiadada 4 idmançı ilə təmsil olunsa da, mükafatçılar sırasına düşə bilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm