“Atletiko” Azərbyacana verdiyi sözə tam əməl etmədi-VİDEO+FOTOLAR
Bizi izləyin

İdman

“Atletiko” Azərbyacana verdiyi sözə tam əməl etmədi-VİDEO+FOTOLAR

“Atletiko” Azərbyacana verdiyi sözə tam əməl etmədi-VİDEO+FOTOLAR

Xəbər verdiyimiz kimi, Madridin “Atletiko” klubu Xocalı soyqırımını anmaq üçün İspaniya çempionatının “Osasuna” və “Real” (Madrid) klublarına qarşı oyunlara qara sarğı və matəm lenti ilə çıxacaqdı.

Bu barədə klubun rəsmi saytı da məlumat yaymışdı: “Azərbaycan xalqı ilə sıx münasibətlərimizin nəticəsi olaraq, “Atletiko” azərbaycanlıların Xocalı faciəsi ilə bağlı dərdinə şərik olmaq istəyir.

“Osasuna” və “Real”la qarşıdakı oyunlarda əsas komandamızın oyunçuları qara sarğı və “Azerbaijan Land of Fire” loqosunun üzərində matəm lenti taxacaqlar. Bu addımı faciə qurbanlarının ailələri ilə həmrəylik əlaməti kimi atırıq”.

Publika.az xəbər verir ki, ötən gün - İspaniya çempionatının 25-ci turu çərçivəsində “Osasuna”nın qonağı olan “Atletiko” vədinə tam əməl etməyib. Belə ki, komanda üzvlərinin qolunda qara sarğı olmayıb.

Bunu şəkillərdən və videodan da görmək mümkündü. “Atletiko” sadəcə “Azerbaijan Land of Fire” loqosunun üzərinə matəm lenti əlavə etməklə kifayətlənib.

Gözləyək, görək , “Atletiko” martın 2-də “Real”ı qəbul edəcəyi oyunda vədinə necə əməl edəcək…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm