Soçidə kim qaz vurub, qazan doldurdu? - SİYAHI-FOTOLAR
Bizi izləyin

İdman

Soçidə kim qaz vurub, qazan doldurdu? - SİYAHI-FOTOLAR

Soçidə kim qaz vurub, qazan doldurdu?-SİYAHI-FOTOLAR

Soçi Olimpiadası başa çatsa da, yarışlarla bağlı jurnalist araşdırmaları hələ bir müddət davam edəcək.

Publika.az xəbər verir ki, Soçi Olimpiadasında ən çox qazanan idmançıların siyahısı bəlli olub. Qeyd edək ki, qızıl medala görə ən böyük mükafatı Azərbaycan vəd etmişdi- 510 min dollar. Lakin heç bir azərbaycanlı idmançı medala layiq görülmədi.

Ən təvazökar mükafatlandırma Avstraliyaya məxsusdur-qızıl 13 min, gümüş 9 min, bürünc 7 min dollar.

İsveç, Norveç, Böyük Britaniya və Xorvatiya isə medala görə heç bir mükafat vəd etməmişdi.

Ən çox qazanan idmançıların siyahısı:

1.Martina Sablikova-qızıl, gümüş-111 min dollar

2.Andris və Yuris Şits-birlikdə 4 bürünc-hərəsinə 136 min dollar

3.İren Vyust-2 qızıl, 3 gümüş-140 min dollar

4.Anton Kuşner, AllaTsuper-qızıl-150 min dollar

5.Sim Sok Xi-qızıl, gümüş, bürünc-150 min dollar

6.Pak Sın Xi-2 qızıl, bürünc-160 min dollar

7.Marten Furkad-2 qızıl, gümüş-165 min dollar

8.Dario Kolonya-2 qızıl-178 min dollar

9.Vita Semerenko-qızıl, bürünc-180 min dollar

10.Maksim Trankov, Tatyana Volosojar, Vik Uayld, Aleksandr Zubkov, Aleksey Voevoda-hərəyə 2 qızıl-231,2 min dollar

11.Arianna Fontana-1 gümüş, 2 bürünc-236 min dollar

12.Viktor An-3 qızıl, 1 bürünc-395,8 min dollar

13.Darya Domraçeva-3 qızıl-450 min dollar

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm