Məhəmməd Əlinin qələbəsi saxta olub - FTB
Bizi izləyin

İdman

Məhəmməd Əlinin qələbəsi saxta olub - FTB

Məhəmməd Əlinin qələbəsi saxta olub - FTB

İngiltərənin “Tayms” qəzeti ABŞ Federal Təhqiqat Bürosunun (FTB) yeni açıqlanan sənədlərinə istinad edərək əfsanəvi boksçu Məhəmməd Əlinin 50 il əvvəl qazandığı çempionluğun saxta olduğunu və həmin döyüşün satıldığını iddia edib.

“Axar.az”ın xəbərinə görə, qəzet eyni zamanda Məhəmməd Əlinin bu saxtakarlıqlardan xəbərsiz olduğunu da xüsusi vurğulayıb: “O zaman onsuz da olimpiya çempionu olan Məhəmməd Əlinin saxtakarlığın içində olduğuna dair sənəd yoxdur, ancaq həmin döyüşdə rəqibi Listonun performansı dərhal şübhə oyandırdı. Beşinci raundda çətinlik çəkən Əli sonradan özünə gəlidi, lakin Liston çiynindəki zədə səbəbindən döyüşü davam etdirə bilmədi”. Qəzet daha sonra qeyd edib ki, döyüşdən tam 50 il sonra ortaya çıxan və o zamanın FTB rəhbəri olan Edqar Huverə göndərilən bir yazıda Las Veqasdan olan mafiya başçısı Eş Resnikin adı hallanır. Hyustonlu başqa bir qumarbaz isə Resnik və Məhəmməd Əlinin rəqibi Listonun döyüşdən sonra hərəyə 1 milyon dollar qazandıqlarını bildirib:

“Döyüşdən bir həftə sonra “Sport İllustrated” jurnalı döyüşün favoriti Listonu dəstəklədiyi üçün Resnikin çoxlu miqdarda pul uduzduğunu yazmışdı. Ancaq jurnalın bu xəbəri döyüşün satılmasını ört-basdır etmək üçün verdiyi ortaya çıxıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm