“Traktor” Asiya Çempionlar Liqasına qələbə ilə başladı
Bizi izləyin

İdman

“Traktor” Asiya Çempionlar Liqasına qələbə ilə başladı

İran Kubokunu qazanmaqla Asiya Çempionlar Liqası oyunlarına vəsiqəni təmin edən Təbrizin “Traktor” futbol komandası artıq ilk oyununu keçirib. Bu gün təbrizlilər Səudiyyə Ərəbistanının “Əlittihad” komandasını qəbul edib. Təbrizin Səhənd stadionunda keçiri

İran Kubokunu qazanmaqla Asiya Çempionlar Liqası oyunlarına vəsiqəni təmin edən Təbrizin “Traktor” futbol komandası artıq ilk oyununu keçirib. Bu gün təbrizlilər Səudiyyə Ərəbistanının “Əlittihad” komandasını qəbul edib. Təbrizin Səhənd stadionunda keçirilən oyun az öncə sona çatıb.

GunAzTV-nin xəbərinə görə, oyunun birinci hissəsində “Traktor” oyunçuları aktiv görünsələr də, heç bir takım qol vura bilməyib. İkinci hissədə isə “Traktor” tərəfindən 1 qol vurulub və stadiondakı 50 mindən çox azarkeşə coşqu yaşadıb. Oyunda qeydə alınan tək qol “Traktor”un oyunçusu Kərim Ənsarifərd tərəfindən vurulub.Bununla da “Traktor-Əlittihad” oyunu 1 - 0 hesabı ilə təbrizlilərin xeyrinə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm