Milliyə yeni legioner tapdılar
Bizi izləyin

İdman

Milliyə yeni legioner tapdılar

21 yaşadək futbolçulardan ibarət millimizə yeni oyunçu çağırılıb. Fanat.az.xəbər verir ki, bu, hazırda Almaniyanın Regionalliqa klubu olan “Memminqen”də çıxış edən Ümüt Sönməzdi.

21 yaşadək futbolçulardan ibarət millimizə yeni oyunçu çağırılıb. Fanat.az.xəbər verir ki, bu, hazırda Almaniyanın Regionalliqa klubu olan “Memminqen”də çıxış edən Ümüt Sönməzdi.

U-21 martın 5-də Tiraspol şəhərində Moldovadan olan həmyaşıdları ilə yoldaşlıq oyunu keçirəcək.Sönməz isə martın 1-də “Haymştetten”lə baş tutacaq görüşdən sonra Moldovaya yollanacaq.

Qeyd edək ki, ötən ilin qış fasiləsində “Auqsburq”un II komandasından “Memminqen”ə keçən Sönməz yarımmüdafiəçidi. O, ötən şənbə U-23 komandasının “Erkhaym”la yoxlama oyununda (3:0) dubl etməklə yadda qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm