Seks amerikan oyunçularına təsir edibmi?
Bizi izləyin

İdman

Seks amerikan oyunçularına təsir edibmi?

Seks amerikan oyunçularına təsir edibmi?

“Christian Science Monitor” qəzetinin yazdığına görə 1956 və 1984-cü illərin oyunları istisna olmaqla amerikan konkisürənlərin ən zəif çıxışları Soçi Olimpiya oyunlarında nümayiş etdirildi.

Amerikan yığmasının daha da pis nəticələr göstərdiyi Olimpiya oyunları olub. Məsələn, 1988-ci il Kalqari Qış Olimpiya oyunlarında Sovetlər Birliyi 29 medal qazandığı halda ABŞ yığması 6 medal və ya 1998-ci ildə Naqanoda keçirilən Olimpiya oyunlarında 13 medal qazanmaqla 5-ci yerə sahib çıxıblar.

Amerikalıların 37 medal qazandığı Vankuver Qış Olimpiya oyunları ilə müqayisədə Soçi oyunlarının nəticəsi çox aşağı olub.

Amerika yığması Soçini 9-u qızıl medal olmaqla ümumilikdə 28 medalla tərk edib. İdman jurnalistləri həmyerlilərinin zəif çıxışlarını analiz edərək araşdırmağa çalışıblar.

Amerikalıların zəif çıxışları barədə bir neçə fərziyyə irəli sürülür. Ehtimallara görə Amerika oyunçularının içdiyi suya hansısa maddənin qatılması və ya həddindən artıq spirtli içkilərin qəbulu irəli sürülüb.

Digər fərziyyəyə əsasən Olimpiya kəndində sekslə məşğul olanların sayının artması amerikalı idmançıların zəif çıxışına səbəb olub.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm