Millinin heyəti açıqlandı - Dəyişiklik var
Bizi izləyin

İdman

Millinin heyəti açıqlandı - Dəyişiklik var

Millinin heyəti açıqlandı - Dəyişiklik var

Bu gün Birləşmiş Ərəb Əmirliklərinə təlim-məşq toplanışına yollanan Azərbaycan yığmasının heyəti açıqlanıb. Publika.az xəbər verir ki, baş məşqçi Berti Foqts Dubay toplanışına 28 futbolçu çağırıb. 20 futbolçu Ərəbistana yollanıbsa, 8 nəfəri ehtiyat heyətdə yer alıb.

Heyətdə bir sıra dəyişikliklər var. Belə ki, "Fortuna"dan Tuğrul Erat, "İnter"dən Abdulla Abatsıyev və "Neftçi"dən Elvin Yunuszadə ilk dəfə milliyə çağırılıb. Foqts ötən toplanışdan fərqli olaraq Kamran Ağayev, Araz Abdullayev, Qara Qarayev, İlkin Qırtımov, Murad Ağayev, Aqil Məmmədov və Novruz Məmmədova da dəvət göndərib. Son üç oyunçu ehtiyat heyətə salınıb. Əvəzində, Səlahət Ağayev, Fərhad Vəliyev, Mahir Şükürov, Vurğun Hüseynov, Makism Medvedev, Əfran İsmayılov, Əli Gökdemir və Taşkın İlker hazırlıqdan kənarda qalıb.

Qapıçılar: Kamran Ağayev, Anar Nəzirov (hər ikisi “Qəbələ”).

Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov (hər ikisi “Qarabağ”), Elvin Yunuszadə (“Neftçi”), Elnur Allahverdiyev (“Qəbələ”) Ruslan Əmircanov (“İnter”), İlkin Qırtımov (“Simurq”), Ufuk Budak (“Qaziantep BB”, Türkiyə).

Yarımmüdafiəçilər: Rəşad Sadiqov, Araz Abdullayev (hər ikisi “Neftçi”), Qara Qarayev (“Qarabağ”), Abdulla Abasıyev (“İnter”), Cavid Hüseynov (“Bakı”), Ruslan Abışov (“Rubin”, Rusiya).

Hücumçular: Vaqif Cavadov (“İnter”), Rauf Əliyev (“Bakı”), Cihan Özkara (“Sivasspor”, Türkiyə), Rüfat Dadaşov (“Kaizerslautern” II, Almaniya), Tuğrul Erat (“Fortuna Düsseldorf”, Almaniya).

Ehtiyat oyunçular: Aqil Məmmədov (“Bakı”), Vladimir Levin (“Qəbələ”), Rasim Ramaldanov (“Xəzər Lənkəran”), Novruz Məmmədov (“Rəvan”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Murad Ağayev (AZAL), Vüqar Nadirov (“Qarabağ”), Pərdis Fərcad-Azad (“Sumqayıt”).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm