Maradona Türkiyə klubuna baş məşqçi gəlir?
Bizi izləyin

İdman

Maradona Türkiyə klubuna baş məşqçi gəlir?

Almaniyada yaşayan əskişəhərli iş adamı Levent Karaca "Əskişəhərspor"un idarəçiliyinin onda olmasını arzuladığını və klubun rəhbəri olarsa, Dieqo Maradonanı Türkiyəyə gətirəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, iş adamı "Əskişəhərspor"a sahib olmaq üçün klubun nə qədər borcu varsa, hamısını ödəyəcəyini bildirib. O, deyib ki, artıq məşhur futbol adamları ilə görüşüb, Türkiyəyə gəlmələri üçün onlarla anlaşıb:

"Komandanın baş məşqçisi olması üçün Maradonayla artıq danışığımız olub və razılaşmışıq. Futbolçulardan isə Dieqo Forlan və Assu-Ekottoyla razılıq əldə olunub. Digər futbolçuların adlarını isə qarşıdakı günlərdə açıqlayacam".

Levent Karaca 30 ildi ki, Almaniyada yaşayır. O, inşaat işləriylə məşğuldu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm