"Neftçi" ilə "Qarabağ" finalda
Bizi izləyin

İdman

"Neftçi" ilə "Qarabağ" finalda

Aprelin 21-də Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Publika.az xbər verir ki, "Simurq" Zaqatalada "Qarabağ"ı qəbul edib. Gərgin keçən matçda hesab açılmayıb - 0:0. Amma ilk qarşılaşma "Qarabağ"ın minimal hesablı qələbəsi ilə başa çatdığından Ağdam təmsilçisi finala vəsiqə qazanıb.

"İnter" isə ilk oyunda 0:2 hesabı ilə məğlub olduğu "Neftçi" ilə qarşılaşıb. Komandalar fasiləyə qollu heç-heçə ilə yollanıblar: Nikolas Kanales, 27 (0:1), Arif Daşdəmirov, 37 (1:1)

Fasilədən sonra "bankirlər" önə keçiblər - 56-cı dəqiqədə Baçana Sxadadze fərqlənib. Bu, oyunda sonuncu qol olub. Beləliklə, iki oyunun nəticəsinə görə "Neftçi" finala yüksəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm