İdman
Avropa Oyunlarında vətəndaş cəmiyyətinin hədəfləri açıqlandı
Bu gün “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək Vətəndaş Cəmiyyətinin Hədəfləri və Missiyamız" mövzusunda mətbuat konfransı keçirilib.
Publika.az xəbər verir ki, konfransda “Bakı 2015: I Avropa Oyunlarına dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyasının elan olunması və Koalisiyanın bəyanatının qəbulu gerçəkləşib. Tədbirdə ziyalılar, eləcə də QHT və media nümayəndələri iştirak edib.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) və “Bakıxəbər” qəzetinin təşkilatçılıq etdiyi tədbiri giriş sözüylə Rufiz Qonaqov açıb. BMAM-ın rəhbəri İlk Avropa Oyunlarının ölkəmizin mədəniyyətini bütün dünyaya nümayiş etdirmək baxımından çox önəmli olduğunu bildirib.
İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rafael Becanov da “I Avropa Oyunları: Vətəndaş Cəmiyyətinin məqsəd və vəzifələri mövzusunda çıxış edib. O, Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətindən danışdı. O, “Bakı 2015”-lə bağlı “qara piar” aparan qüvvələrin istəyinə çatmayacağını vurğuladı. O, bütün xalqı hamılıqla Bakıda təşkil olunacaq İlk Avropa oyunlarında idmançılarımızı dəstəkləməyə çağırdı.
Növbəti çıxışçı “Bakıxəbər” qəzetinin baş redaktoru Aydın Quliyev “I Avropa Oyunları: ölkəmizi tanıtmaq imkanları” mövzusunda məruzə edib. Bu əlamətdar yarışın ölkəmiz üçün böyük hadisə olduğunu vurğulayan Quliyev təşkilatçılığın yüksək səviyyədə aparıldığını diqqətə çatdırıb.
Daha sonra QHT nümayəndələri və media mənsubları da tədbirlə bağlı fikirlərini bildirib.
Sonda “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyasının bəyanatı oxunub.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO