• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Risk etməyən şampan içməz, yoxsa ehtiyat igidin yaraşığıdır?

  • İdman
  • 22 Aprel 2015 18:26
  • 512 Baxış
Risk etməyən şampan içməz, yoxsa ehtiyat igidin yaraşığıdır?

Bu gün Çempionlar Liqasında digər iki yarımfinalçının adına aydınlıq gələcək. Madriddə və Monakoda baş tutacaq cavab qarşılaşmalarından sonra “Bavariya” və “Barselona”ya kimin qoşulacağı məlum olacaq.

Publika.az “Real” – “Atletiko” və “Monako” – “Yuventus” oyunlarının afişasını təqdim edir.

"Qoca sinyora"nın əsas heyəti “yaralanıb”

İlk oyunda evdə "Monako"ya minimal hesabla qalib gələn "Yuventus" səfərdəki oyunda qol vuracağı təqdirdə, bir xeyli rahatlaşacaq. "Qoca sinyora" İtaliya A seriyasında çempionluğa çox yaxın olsa da, "Monako" Liqa 1-də birinci pillədən 6 xal geri qalır. "Yuve" ilk oyunda qalib gəlsə də, doğma meydan amili və "Ağ-qaralar"ın heyətində zədəli futbolçuların çoxluğu "Knyazlıq klubu"nu ümidləndirir. Belə ki, "Yuventus" "Qırmızı-ağlar"la oyunda zədə səbəbindən Asamoa, Kaseres, Marrone, Poqba və Ramulonun xidmətindən istifadə edə bilməyəcək. Oyundan öncə zədəsi olan Artur Vidal da bu siyahıya qoşula bilər.

Çempionlar Liqası, 1/4 final, cavab oyunları

23:45 Monako - Yuventus (ilk oyun - 0:1)

Stadion: "II Lui".

Baş hakim: Uilyam Kollam (Şotlandiya).

TV: İdman Azərbaycan, NTV+futbol 2.

Cəzalı: yoxdur.

Zədəli: Traore, Bakayoko (şübhəli) - Asamoa, Kaseres, Marrone, Poqba, Ramulo, Vidal (şübhəli).

"Real"ın ciddi itkiləri var

"Visente Kalderon"dakı oyunda qolsuz bərabərə qalan "Real" və "Atletiko" cütün taleyinə "Santyaqo Bernabeu"da aydınlıq gətirəcək. Madridlilərin baş məşqçisi Karlo Ançelottinin "Hindular"la oyundan öncə heyətlə bağlı ciddi problemləri var. Belə ki, Marselo cəzalı olduğundan, Luka Modriç isə "Malaqa" ilə oyunda aldığı zədə üzündən mövsümü bitirdiyindən, "Qırmızı-ağlar"la oyunda "Kral klubu"na yardım edə bilməyəcək. Zədəli Beyl və Benzemanın da "Atletiko" ilə oyunda meydana çıxması sual altındadır. Cari mövsümdə "Atletiko"ya qalib gələ bilməyən "Real" bu dəfə əsas oyunçuları olmadan bu tilsimi qırmağa çalışacaq.

Çempionlar Liqası, 1/4 final, cavab oyunları

23:45 Real - Atletiko (ilk oyun - 0:0)

Stadion: "Santyaqo Bernabeu".

Baş hakim: Feliks Brix (Almaniya).

TV: Az.TV, NTV (Rusiya), NTV+futbol 1.

Cəzalı: Marselo - Mario Suares.

Zədəli: Modriç, Beyl, Benzema - Mancukiç (şübhəli).

Xəbər lenti

DAHA ÇOX XƏBƏR