Kubokun “fəsad”ları - "25", “30”, “90”
Bizi izləyin

İdman

Kubokun “fəsad”ları - "25", “30”, “90”

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları bir neçə yubileylə əlamətdar olub.

Publika.az xəbər verir ki, Zaqatalada "Simurq"la qarşılaşan "Qarabağ" kubok tarixində 25-ci heç-heçəsinə imza atıb. Qolsuz bərabərliyədək keçirdiyi 121 matçda 24 dəfə heç-heçə edən Ağdam təmsilçisi "sülhsevərlik"də yalnız "Neftçi"dən geri qalır. Bakılıların hesabında 30 heç-heçə var. Bu qarşılaşma "Simurq"un ev oyunu olub.

"Neftçi"nin hücumçusu Nikolas Kanalesin qolu "ağ-qaralar"ın səfərdə 90-cı qolu olub. Paytaxt təmsilçisi bu göstəricidə rekordçudur. Bu həm də "İnter"in kubokda evdə buraxdığı 30-cu top olub. Sonuncular 38 qarşılaşmada 74 dəfə fərqlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm