Dünyanı heyrətləndirən 9 öpüş - FOTOLAR
Bizi izləyin

İdman

Dünyanı heyrətləndirən 9 öpüş - FOTOLAR

Futbolda uğurlar həmişə böyük zəhmət hesabına əldə edilir. Bu uğurlar bəzən o qədər çətin qazanılır ki, futbolçu öz nailiyyətini qeyri-adi çılğınlıqla qeyd edir. Bəzən isə futbolçuların sevinclərini qeyri-adi tərzdə bölüşməsi onların uğurlarından daha diqqətçəkən olur. Ən qalmaqallı sevinclər isə öpüşlə olanlardır desək, yanılmarıq. Öpüş obyekti olaraq kimisi sevgilisini, kimisi komanda yoldaşının keçəl başını, bəziləri isə bir az da irəli gedərək, komanda yoldaşının dodaqlarını seçir.

Publika.az dünya futbol tarixində ən çox səs-küy yaratmış 9 öpüş barədə məlumat verir.

Dieqo Maradona və Klaudio Kanica

90-cı illərin ortalarında Argentina millisinin baş məşqçisi Daniel Passarella maraqlı açıqlama ilə yerli mətbuatın gündəmini zəbt etdi. Belə ki, mütəxəssis qeyri-ənənəvi seksual orientasiyaya sahib futbolçuları milliyə çağırmayacağını dedi. Əslində Passarella bu açıqlamasıyla 80-ci illərdə "Boka Xuniors" formasıyla mütəxəssisin o vaxtlar formasını geyindiyi "River Pleyt"ə qarşı oynamış Dieqo Maradonaya ilişmişdi. Belə ki, 1995-ci ildə Maradona Argentinada əsl səs-küy yaradan bir hərəkətə imza atmışdı. Belə ki, o, komanda yoldaşı Klaudio Kanicanın nə vaxtsa onun ötürməsiylə fərqlənəcəyi təqdirdə onu dodaqlarından öpəcəyini demişdi. Maradona bu sözünü 1996-cı ildə tutmalı oldu. Belə ki, həmin ildə "Boka Xuniors"un məhz Passarellanın doğma klubu "River Pleyt"i 4:1 hesabıyla məğlub etdiyi matçda Kanica het-triklə yadda qaldı. Hücumçu qollardan birinə məhz Maradonanın məhsuldar ötürməsiylə imza atmışdı. Bundan sonra Dieqo sözünün üstündə durdu və Kanicanı dodaqlarından öpdü. Klaudionun həyat yoldaşı - model Mariana Nannis hadisədən sonra belə demişdi: "Hərdən mənə elə gəlir ki, Maradona mənim ərimə aşiqdir".

Pol Qaskoyn və Alli Makkoyst

Əslində dünya futbolunda qalmaqallarıyla ad çıxarmış Pol Qaskoyndan hər şey gözləmək olardı. O, 1996-cı ildə "Reyncers"də oynayarkən də öz ampluasında idi. Belə ki, həmin ildə Şotlandiya liqa kubokunun finalında Pol Qaskoynun klubu "Hart"ı 4:3 hesabıyla məğlub edir. Oyunda isə Alli Makkoystla Pol dublla yadda qalırlar. Qaskoyn vurduğu qolların birindən sonra komanda yoldaşı Makkoystu dodağından öpür. Daha sonra Polun hərəkəti barədə danışan Makkoyst buna belə münasibət bildirir: "Yaxşı ki, Pol həmin oyunda 3-cü qolunu vurmadı".

Loran Blan və Fabyen Bartez

1998-ci ildə Fransada təşkil edilmiş dünya çempionatında Blan hər oyundan öncə komanda yoldaşı Fabyen Bartezin keçəl başından öpürdü. Futbolçular bu hərəkətin onlara uğur qazandırdığına inanırdılar. İnsaf naminə bunun heç də pis alınmadğını deməliyik. Belə ki, Blanla Bartezin bu ritualı onlara 1998-ci ildə dünya çempionluğunu, 2000-ci ildə isə Avropa çempionluğunu qazandırdı.

Stiven Cerrard və Xabi Alonso

2005-ci ildə Çempionlar Liqasının finalında "Milan"la gərgin oyun keçirən Xabi Alonso və Stiven Cerrard da oyundan sonra sevincini öpüşlə qeyd etdi. 0:3 geridə olduqları oyunu əvvəlcə 3:3 edən, sonda isə penaltilərdə sevinən "Qırmızılar"ın üzvləri də bir-birini dodaqdan öpdü.

İvan Rakitiç və Daniel Karrizo

Keçən ilin Avropa Liqasının finalında "Benfika"nı oyunsonrası penaltilərlə məğlub edərək kuboka yiyələnən "Sevilya"nın futbolçuları da qələbə sevincinin həddini aşanlardandır. Belə ki, oyunsonrası kubok sevincində "Ağ-qırmızılar"ın xorvat kapitanı İvan Rakitiç Daniel Karrizonu dodaqlarından öpür. Təbii ki, bu hadisə mətbuatın dilinə düşür və müəyyən söz-söhbətlərə səbəb olur. Rakitiç isə məsələyə belə münasibət bildirir:

"Düzü, həmin epizodda mən Danieli yanağından öpmək istəmişdim. Ancaq sonda belə alındı. İndi mən nə etməliyəm? Onu öldürüm?"

Karrizo isə öpüşün ehtiraslı olduğunu boynuna alıb: "Çox ehtiraslı öpüş idi. Razıyam. Ancaq bu, o zaman qələbə sevincindən yaranan emosiyanın nəticəsində belə alındı".

Zlatan İbrahimoviç və Renato Çivelli

Zlatanın üzləşdiyi hadisə isə bir qədər fərqlidir. Belə ki, isveçli forvard qələbə sevincini yaşayan komanda yoldaşının yox, rəqibinin öpüşünün qurbanı olub. Belə ki, Fransa çempionatında PSJ - "Nitsa" oyununda rəqib futbolçu risk edərək oyun zamanı Zlatanı öpüb. Bu hərəkət İbranın xoşuna gəlməyib. Belə ki, rəqibinə sərt reaksiya verən forvard sarı vərəqəylə cəzalandırılıb. İkinci hissədə "Nitsa"nın qapısına iki dəfə yol tapan Zlatan rəqibə özünəməxsus cavab verib.

İker Kasilyas və Sara Karbonero

İker Kasilyas ən normal sevinc üsulu seçib. Belə ki, ispan qolkiper 2010-cu ildə dünya çempionu olduqdan sonra bu sevincini hər hansı komanda yoldaşını yox, sevgilisi Sara Karboneronu öpməklə qeyd edib. Aparıcı olan Sara oyundan sonra müsahibə aldığı sevgilisi İkerin onu kamera önündə öpməsindən şoka düşür.

Qaret Sautqeyt və azarkeş

17 il öncə İngiltərə Premyer Liqasının "Aston Villa" və "Çarlton" arasında oynanan matçında meydana qəflətən çılpaq azarkeş daxil olur. O, qaçaraq "Aston Villa"nın kapitanı Sautqeytə yaxınlaşır və onu öpür. İnsaf naminə kapitan azarkeşin bu hərəkətindən heç də narazı qalmış kimi görünmür.

Lionel Messi və azarkeş

Öpüş hücumuna məruz qalan digər futbolçu Lionel Messidir. Argentina və İsveç milliləri arasındakı yoxlama oyununun gedişində "Barselona" azarkeşi meydana çıxır. O, birbaşa Lionelin yanına qaçaraq onu qucaqlayıb öpür. Leo bu hadisəyə çox sakit və utancaq reaksiya göstərir. Ehtiyat oyunçular skamyasından oyunu izləyən İbrahimoviç isə hadisəni istehzalı gülüşlə qarşılayır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm