Hakimlər Avropda ədaləti neçəyə “qoruyur”lar?
Bizi izləyin

İdman

Hakimlər Avropda ədaləti neçəyə “qoruyur”lar?

Hakimlər Avropda ədaləti neçəyə “qoruyur”lar?

Hakimlər futbol oyununun əsas "aktyor"larından biridi. Amma onlar futbolçular və məşqçilər kimi milyonlar qazanmır. Verdikləri qərarlarla bəzən alqış qazanan ədalət təmsilçiləri, əksər hallarda istənilən nəticəni qazanmayan komandaların hədəfinə çevirilir. Bəs hakimlər nə qədər qazanır? Publika.az xəbər verir ki, “Sportune” Avropanın elit liqalarında bununla bağlı araşdırma aparıb.

Avropanın 5 böyük çempionatından sadəcə İngiltərədə hakimlər peşəkar olaraq bu işi görür. Almaniya, Fransa, İtaliya və İspaniyada isə ədalət təmsilçiləri başqa işlərdə də çalışır.

İngiltərədə hakimlərin maaşı 24000 avrodu. Onlar bundan başqa hər hansı bir mükafat almır. Fransada isə hakimlər 2800 avro maaş alır. Bundan başqa onlara hər matça görə 2500 avro qanorar verilir.

Karyeralarını bitirəndə isə idarə etdikləri oyun sayına uyğun olaraq mükafat alırlar. Beynəlxalq oyunlar xariicində fransız hakimlərin illik qazancı 75000 avroya çatır.

İtaliyada hakimlər ildə 150000, İspaniyada 200000 min avroyadək qazana bilirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm