Yubiley oyununa “hədiyyə” – qırmızı vərəqə
Bizi izləyin

İdman

Yubiley oyununa “hədiyyə” – qırmızı vərəqə

Azərbaycan Premyer Liqasının 31-ci turunun “Qarabağ” – “Neftçi” oyunu yubileylərlə zəngin olub.

Publika.az xəbər verir ki, meydan sahiblərinə 3:2 hesablı qələbə qazandıran Leroy Corcun matçda vurulan son qolu mövsümdə 300-cü olub. Arxada qalan 31 turun 123 oyununda orta məhsuldarlıq 2,44-ə bərabərdir.

Hollandiyalı həm də “Qarabağ”da 20-ci qolunu vurub. O, buna 80 matçda nail olub. Leroy çempionatda 16, avrokuboklarda 4 dəfə fərqlənib. Onun komanda yoldaşı Muarem Muarem də klubunda 20-ci qola sevinib. Buna 122-ci matçda imza atan makedoniyalı çempionatda 17, kubokda 1, avrokuboklarda 2 dəfə rəqib qapısına yol tapıb. “Qarabağ”ın iki futbolçusu isə yubiley matçında iştirak edib. Namiq Yusifov Premyer Liqada 250-ci oyununu keçirib. Bu müddətdə 3 qol vuran futbolçu həmin matçların 209-na (1 qol) “Qarabağ”ın formasında çıxıb. Ölkə çempionatındakı matç sayını 100-ə çatdıran Bədavi Hüseynov isə 73 oyunu indiki klubunda keçirib.

“Neftçi”nin futbolçusu Karlos Kardoso Premyer Liqada 50-ci matçına çıxıb. Qırmızı vərəqə alan braziliyalı “Neftçi” formasında da 50-yə çatdığından yubiley cənubi amerikalı üçün ikiqat xarakteri daşıyıb. O, bu görüşlərdə 4 qol da vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm