Fransada daha bir uğurlu nəticə
Bizi izləyin

İdman

Fransada daha bir uğurlu nəticə

Fransada təşkil olunan 7 mərhələli "Le Tour de Bretagne" yarışının aprelin 28-də keçirilən 190 km-lik 4-cü mərhələsi “Synergy Baku” üçün uğurlu nəticə ilə yadda qalıb.

Publika.az xəbər verir ki, komandamızın üzvü Yannis Tamuridis məsafəni 4 saat, 16 dəqiqə, 25 saniyəyə başa vurub və bununla da finiş xəttini 2-ci keçib. Digər velosipedçilərimizə gəlincə, Dennis van Vinden 9-cu, Maksim Averin isə 12-ci olub. Xatırladaq ki, "Le Tour de Bretagne"ın 2-ci mərhələsi "Synergy Baku"nun digər üzvü Matey Müqerlinin qələbəsilə başa çatmışdı.

4-cü mərhələdəki uğurlu çıxışı Yannis Tamuridisə ümumi təsnifatda 8-ci pilləyə yüksəlməyə imkan verib. İndi o, liderdən cəmi 23 saniyə geri qalır. Komanda hesabında isə "Synergy Baku" 22 kollektiv arasında 3-cü yerdədir.

Bu gün keçiriləcək 5-ci mərhələdə iştirakçılar 169 km məsafə qət edəcəklər. Qeyd edək ki, "Le Tour de Bretagne" yarışı "Synergy Baku" üçün mayın 6-10-da keçiriləcək "Tour d’Azerbaidjan" veloyürüşü öncəsi son sınaq xarakteri daşıyır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm