“Spice Girls”in “dirilən” heyəti - Ulduzlardan həftənin FOTOLARI
Bizi izləyin

İdman

“Spice Girls”in “dirilən” heyəti - Ulduzlardan həftənin FOTOLARI

Sosial şəbəkələr idman dünyasının ulduzlarının da gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Məşhurlar sosial şəbəkələr vasitəsilə pərəstişkarları ilə əlaqə saxlayır, onların fikirlərini öyrənir, öz düşüncələrini bölüşürlər.

Təbii, ulduzların sosial şəbəkədəki sevimli “oyun”larından biri də şəkillər paylaşmaqdır. Dünya idmanının tanınmış simaları təkcə öz şəkilləri ilə diqqət çəkmirlər. Onlar ən müxtəlif mövzuları özündə əks etdirən şəkillər paylaşırlar. Ötən həftə də istisna olmadı. Dünya ulduzları “instaqram”da müxtəlif mənalar kəsb edən şəkillər paylaşdılar.

Publika.az ötən həftə idman ulduzlarının paylaşdığı ən maraqlı fotoları təqdim edir:

1. Mariya Şarapova - Məşhur rusiyalı tennisçi məşq edərkən çəkdirdiyi şəkili paylaşıb. Maraqlıdır, tennisçi xanım məşq zalını özəlləşdirib? Bəs onda eyni funksiyanı yerinə yetirən bu qədər aparat nəyə lazım?

2. Pyer-Emerik Obameyanq - Dortmund “Borussiya”sının hücumçusunu anlamaq çətin deyil. Çempionatda mövsümü boşa verən “Borussiya”lılar Almaniya kubokunun yarımfinalında “Bavariya”ya qalib gəlib. Etiraf edək ki, belə qələbəni bayram etməyə dəyər.

3. “Arsenal”ın rəsmi səhifəsi - futbolçuların gözlərinin dörd olmasına təəccübləndiniz? Bəlkə özünüzü onların yerində təsəvvür edəsiz... Qarşınızdan belə gözəl keçsəydi, gözlərinizi yumardınız?

4. Meksikalı gözəlçə Vanessa - Bəli, bəli, o, həmin sarışındır. Braziliyada keçirilən dünya çempionatını bəzəyən sarışın. Hələ də formada olduğunu göstərir...

5. Tim Hovard - ABŞ-ın ən yaxşı qapıçısı. Deyəsən, özü də hiss edir ki, saqqalı həddindən artıq uzundur. Təraş etmək zamanıdır...

6. Leroy Fer - KPR-in futbolçusu həyat yoldaşını itirmiş Rio Ferdinanda dəstəyini nümayiş etdirir.

7. Devid Bekhem - “Spice Girls”in “dirilən” heyəti ilə birgə.

8. “Yuventus”un rəsmi səhifəsi - Çempionluq rəsmiləşib. İndi şampan vannası qəbul etmək olar.

9. Tibo Kurtua - “Çelsi”nin qapıçısı İspaniyadan sonra İngiltərədə də çempionluq sevinci yaşadı. “Stemford Bric” Kurtuanın gözündə belə görünür...

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm